Ərdoğanla Putin arasında kritik telefon söhbəti


09:33     16 Oktyabr 2019 19_10_16_1571204087.jpg


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.


Femida.az bildirir ki, bu barədə Kreml məlumat yayıb.

Liderlər Suriyadakı vəziyyət, eləcə də Türkiyə Ordusu ilə Suriya hökumət qüvvələrinin toqquşma ehtimalı barədə müzakirə aparıblar. Dövlət başçıları, belə bir qarşıdurmaya yol verməməyin lazım olduğunu qəbul ediblər.

Bundan əlavə, Rusiya lideri əlavə edib ki, İŞİD də daxil olmaqla, terror təşkilatlarının üzvlərinə şəraitdən yararlanmağa imkan verilməməlidir.

Putin və Ərdoğan Suriyada siyasi nizamasalma prosesinin davam etdirilməsinin lehinə olduqlarını bildiriblər və oktyabrın sonunda Cenevrədə BMT-nin himayəsi altında Konstitusiya Komitəsinin çağırılmasına imkan yaratmaq niyyətlərini ifadə ediblər.

Kremlin mətbuat xidməti onu da əlavə edib ki, telefon danışığı zamanı Putin Ərdoğanı yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib. Bildirilir ki, Türkiyə Prezidenti dəvəti qəbul edib.

Femida.az

Açar sözlər: #Ərdoğan   #Putin  

Oxunub: 562