Hansı qan qrupu daha çox infarkt olur? — ARAŞDIRMA


09:39     16 Oktyabr 2019 19_10_16_1571204399.jpg


Qan qrupunuzla infarkt arasında əlaqə varmı? Alimlər sübut edib ki, insanın infarkt riskinə məruz qalmaması, qidalanma, idman və siqaret vərdişləri, peşə vəziyyəti və genetik meyl kimi ətraf mühit amillərindən asılıdır. Lakin bu mövzuda indiyə qədər bilinməyən yeni bir səbəb kəşf edilib.


Femida.az medicina.az-a istinadən bildirir ki, İngiltərə Milli Səhiyyə Xidməti bir sıra araşdırmalar aparıb. Araşdırma zamanı yaşı 30-75 arası olan 62.073 qadın və 24.428 kişinin qan qruplarına əsasən infarkt olma riskini tədqiq edilib. Həmçinin iştirakçıların yaşı, qidalanması, çəkisi, siqaret çəkmə vərdişləri kimi digər risk faktorları nəzərə alınıb.

Nəticələr göstərir ki, infarkt riski ən çox IV (AB) qan qrupundadır. Bu risk 23% təşkil edir. Daha sonra 5 %-lə II (A) qan qrupu , 11%-lə isə III ( B ) qan qrupu gəlir.

Femida.az

Açar sözlər: #qan  

Oxunub: 484