Qaxda əlbəyaxa davanı qanla bitdi: 21 yaşlı keçmiş məhkum...
10:00 16 Oktyabr 2019
Dava zamanı yerlisini yaralayan gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan Femida.az-a verilən məlumata görə, əlbəyaxa dava zamanı Orxan Balacayevi kəsici alətlə yaralayan Fuad Mustafazadə xəstəxanadan çıxarıldıqdan sonra saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.
Qeyd edək ki, hadisə dünən Qax şəhəri ərazisində baş verib. Belə ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Orxan Tərlan oğlu Balacayev ilə rayonun Qaxingiloy kənd sakini, 1998-ci il təvəllüdlü Fuad Adil oğlu Mustafazadə arasında dava baş verib. Dava zamanı Orxan Balacayev Fuad Mustafazadəyə qapalı kəllə-beyin tarvması yetirib. Fuad Mustafazadə isə əlində olan kəsici alətlə Orxan Balacayevin sol bel nahiyəsinə xəsarət yetirib. Hər iki şəxs aldığı xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 455
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb
- Qaxda avtomobillər toqquşub, ölən var