“Azəriqaz”: Payız və qışda qaz problemi olmayacaq
10:33 16 Oktyabr 2019
“Azəriqaz” İstehsalat Birliyi (İB) payız-qış mövsümünə hazırlıqla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində işləri davam etdirir. Belə ki, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq, ilk növbədə kənd və qəsəbələrin, eyni zamanda Bakı şəhərində, paytaxt ətrafı ərazilərdə istismara yararsız vəziyyətdə olan bir sıra daşıyıcı qaz kəmərləri yenidən qurulub.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 1376,7 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 487,7 km qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə Bakı Regional Qaz İstismarı Departamenti, 8 Regional qaz istismarı İdarələri və Sumqayıt qaz istismarı Sahəsi üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 246,62 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir olunaraq yenisi ilə əvəz edilib.
Bu işlərlə paralel olaraq kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqlar dəyişdirilib. Bu günə olan məlumata görə regionlar üzrə 29 qəsəbə, kənd yaşayış məntəqələrinə və 10 yeni salınmış yaşayış massivinə təbii qazın verilməsi təmin edilib. Cari ilin 9 ayın ərzində 65 124 yeni əhali abonenti qeydiyyata alınıb. Beləliklə, respublika üzrə qazla təmin olunan ümumi istehlakçıların sayı 2 milyon 246 min 968-ə çatıb.
Femida.az
Oxunub: 341
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"