Xəzərin sahilini hasarlayan vətəndaşa yazılan cərimə ləğv edilib - MƏHKƏMƏ
10:46 16 Oktyabr 2019
Suraxanı Rayon Məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Mehdiyev Qalib Tücarət oğlunun 4000 manat inzibati cərimə edilməsi barədə qərarını ləğv edib.
ƏMDK 16 iyun 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin 248.1-ci (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması) maddəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edib.
Həmin qərardan Mehdiyev Qalib Tücarət oğlunun verdiyi şikayəti 7 iyun 2019-cu ildə Suraxanı Rayon Məhkəməsi təmin edib.
Cərimənin ləğv edilməsi barədə qərardan Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi şöbəsinin müdir vəzifəsini icra edən E.C.Eminov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, bu əmələ görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.(Report)
Femida.az
Oxunub: 577
Oxşar xəbərlər
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- Xəzərin sahilində bir neçə istirahət mərkəzi cərimələndi - SİYAHI
- Xəzərin sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb
- Xəzərin sahilində keçirilmiş növbəti monitorinqin nəticələri
- Xəzərin sahili sintetik torlardan təmizlənir
- Xəzərin dibində seysmoloji stansiyalar quraşdırılacaq
- Xəzərin sahilində böyük iməcilik keçiriləcək
- Xəzərin sahilində mina tapıldı