I sinfə şagird qəbulunun vaxtı bitdi
12:25 16 Oktyabr 2019
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində 48 814 şagird I sinifdə təhsil alır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, onlardan 46 051 şagird idarənin tabeliyindəki, 2 763 şagird isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyur.
Ümumilikdə 48 814 birinci sinif şagirdindən 45 949 nəfəri ümumi təhsil məktəblərində, 2 865 nəfəri isə lisey və gimnaziyalarda təhsil alır.
Qeyd edək ki, hər il olduğu kimi, 2019-2020-ci tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.
Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədi ilə I sinfə qəbul prosesi elektron qaydada aparılır.
I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərin rahatlığının təmin olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.
Femida.az
Oxunub: 1668
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- İstehlaka yararsız ət və süd məhsulları məhv edilib
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İbrahim Tatlısəs yol qəzasına düşüb
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər