Bu günədək Azərbaycanda nə qədər neft hasil olunub? - AÇIQLANDI


12:35     16 Oktyabr 2019 neft.jpg


Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub.


Femida.az-ın məlumatına görə, bunu SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

O bildirib ki, dəniz yataqlarından, həmçinin 713 milyard kubmetr qaz hasil olunub:

“Eyni zamanda qurudakı yataqlardan 0,979 milyard ton neft və 139 milyard kubmetr qaz hasil edilib”.

Vitse-prezident qeyd edib ki, hazırda dənizdə 28 neft-qaz yatağı kəşf edilib:

“Onlardan 19-u işlənmə mərhələsindədir. Quruda isə 53 yataq kəşf edilib”.

Femida.az

Açar sözlər: #neft  

Oxunub: 406