Maşınla vurulan piyada xəstəxanada ölüb


13:26     16 Oktyabr 2019 piyada5.jpg

Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada ölüb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 15-də orada ölüb.

Babək RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 419