Qubada avtomobil oğurlanıb
13:41 16 Oktyabr 2019

Qubada avtomobil oğurlanıb.
Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Püstəqasım kəndi ərazisində baş verib.
Belə ki, Püstəqasım kənd sakini Niyazi İmam oğlu Abdullayev yol kənarında saxladığı özünə məxsus 38-BG-874 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobilini yerində görməyib.
O, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Quba Rayon Polis Şöbəsindən N.Abdullayevə bildirilib ki, oğurlanmış avtomobil Quba-Bakı yolunun 138-ci kilometrliyində təhlükəsizlik kameralarına düşüb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 192
Oxşar xəbərlər
- Qubada "gəlin maşını" qəzaya düşüb - FOTO
- Qubada narkotik tacirləri saxlanıldı - FOTOLAR
- Qubada evə maskalı basqın edən dəstə üzvlərinə hökm oxunub
- Qubada "həyəcan" siqnalı - Polis ayağa qalxdı
- Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var
- Qubada bələdiyyə işçisi barəsində cinayət işi başlanıb
- Qubada 9 aylıq hamilə qadın intihar etdi
- Qubada qarın hündürlüyü 14 santimetrə çatıb
- Qubada hamilə qadın və uşağının həyatı xilas edildi (FOTO)
- Qubada 4 otaqlı ev yanıb