Femida.az hadisə yerində - FOTOLAR


17:51     20 May 2015 11288554_970957022949135_266543138_o.jpg

Femida.az-ın əməkdaşınnın sözlərinə görə hadisə yerində güclü polis nəzarəti var.


Binaya giriş-çıxış nəzarətə götürülüb. İçəri daxil olmaq üçün siyahı tərtib edilib. Hazırda dəymiş ziyanın siyahısı tutulur. Dünən axşam zərəçəkmiş ailələrin bir qisminə 1000 manat pul verilib.

Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gələrək narazı insanlarla görüşüb, onların suallarını cavablandırıb. İcra başçısı jurnalistlərə açıqlamasında bildirib ki, evi yanan sakinlərə yerləşmələri üçün xüsusi yerlər ayrılıb.

“Əhalinin çoxu həmin ərazilərə getmək istəmir. Paytaxtdan uzaq olduğuna görə, onlar üçün ayrılan ərazilərə getmirlər. Onlar daha çox qohumlarının evlərində qalmağa üstünlük verirlər”.

Sakinlərə maddi yardımla bağlı danışan X.İsgəndərov bildirib ki, 4-5 nəfərdən başqa, hamı onlara ayrılan 1000 manat pulu almaq üçün müraciət edib:

“53 ailə var və demək olar ki, onların hamısı pullarını almaq üçün müraciət ediblər. Yalnız 4-5 nəfər pulunu almaq üçün müraciət etməyib. Onlar da yəqin ki, gün ərzində müraciət edəcəklər”.

***

Əməkdaşımızın sözlərinə görə, ötən gün yanğın zamanı qeyri-adi hadisə baş verib. Kərimov Orxan adlı vətəndaşın 2 otaqlı mənzili yanaraq kül olsa da evdə saxlanılan “Qurani-Kərim” yanmayıb. Evi yanan sakin bu hadisənin Allahın möcüzəsi olduğunu deyib. Xoşbəxtlikdən ailənin hadisə zamanı evdə olan 6 üzvü xəsarət almayıb.

Açar sözlər:

Oxunub: 1953