Bakıda dəhşətli anlar:Qız binaya çıxıb özünü atır + VİDEO


14:26     16 Oktyabr 2019 19_10_16_1571221649.jpg

Bakıda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər vətəndaşın hündürlüyə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşla psixoloji söhbətlərin aparılması nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Açar sözlər:

Oxunub: 1581