Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir


15:44     16 Oktyabr 2019 19_10_16_1571226282.jpg


Banqladeşin Baş naziri Şeyx Xasina Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlir.


Femida.az Trend-ə istinadən bildirir ki, Banqladeşin Xarici işlər naziri Abdul Momen ölkənin baş nazirinin iclasda iştirak edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 277


Oxşar xəbərlər