Azərbaycanda bu il 183 min tondan artıq pambıq təhvil verilib


18:33     16 Oktyabr 2019 2019/10/24c1506e-4673-4647-bc86-841e6b66806d_1571227183.jpg

Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib.



Kənd Təsərrüfatı Nazirliyindən Femida.az- a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3% çoxdur.

Keçən il oktyabrın 16-dək 126 min ton pambıq tədarük olunmuşdu.

Qeyd edək ki, bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Sahələrdən məhsulun 90%-nin kombaynlar vasitəsilə yığımı nəzərdə tutulur. Kombaynlarla kütləvi pambıq yığımına sentyabrın 24-də start verilib. “Aqrolizinq” ASC-nin yerli bölmələrində 34 ehtiyat kombayn var, zərurət yaranacağı təqdirdə, bu kombaynlar da yığım prosesinə cəlb olunacaq.

Bu il Azərbaycanda 100 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 741 hektar), Ağcabədi (10 452 hektar), Biləsuvar (10 257 hektar), Bərdə (10 140 hektar), Beyləqan (9 706 hektar), Sabirabad (8 630 hektar) və İmişli (7 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

Açar sözlər:

Oxunub: 496