Suriya ordusu 5 il sonra Rəqqaya daxil oldu


18:39     16 Oktyabr 2019 19_10_16_1571227984.jpg

Suriya ordusu 2014-cü ildən bəri ilk dəfə olaraq Rəqqa şəhərinə daxil olub. Femida.az -ın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə hərbi mənbə məlumat verib.

“Suriya hökumət ordusunun qabaqcıl qoşunları beş ildə ilk dəfə Rəqqaya girdilər və şəhərdə bir neçə müşahidə postu qurdular”, -deyə o, bildirib.

Xatırladaq ki, Rəqqa şəhəri 2014-cü ildə İŞİD terror qruplaşması tərəfindən işğal olunub və yaraqlıların de-fakto qalası olub.

Şəhər 2017-ci ilin oktyabrında beynəlxalq koalisiyanın aviasiyasının dəstəyi ilə “Suriya Demokratik Qüvvələri” tərəfindən bir ay davam edən hərbi əməliyyatdan sonra azad edilib.

Kütləvi bombardman və Amerika tərəfdarı olan kürd qüvvələrinin hərəkatı zamanı Rəqqa məhv edilib və hələ də yenidən qurulmayıb.

Açar sözlər:

Oxunub: 420