Ağsuda qaz xətti zədələnib


17:11     16 Oktyabr 2019 19_10_16_1571229213.jpg

Bu gün günorta saatlarında Ağsu şəhəri H. Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar.

“Azəriqaz”dan Femida.az-a bildirilib ki, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb, 70-ə yaxın evin qaz təchizatı dayanıb.

Artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.

Açar sözlər:

Oxunub: 484