Moskvada İlham Əliyevin fotosunun da nümayiş olunduğu sərgi açılıb
16:41 16 Oktyabr 2019
Rusiya paytaxtında Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) 75 illik yubileyinə həsr olunan fotosərgi açılıb.
Rusiyanın TASS informasiya agentliyi ilə MQİMO-nun birgə təşkil etdiyi sərgidə 20 foto nümayiş olunur.
“MQİMO, yubileyin mübarək!" adlı ekspozisiya Tverskoy bulvarda yerləşən TASS agentliyinin mənzil-qərargahının önündə açılıb.
Ziyarətçilər Rusiya və dünyanın intellektual potensialının formalaşmasında mühüm rol oynayan MQİMO-nun tarixi və müasir həyatını əks etdirən fotoları görə bilərlər. Ekspozisiyaya TASS-ın fotoqraflarının çəkdikləri və MQİMO-unun mətbuat xidməti tərəfindən təqdim edilən fotolar daxil edilib.
Fotoşəkillərin qəhrəmanları dünyaca məşhur dövlət liderləri və ictimai xadimlərdir. Onların sırasında vaxtı ilə MQİMO-da məruzə oxumuş Şimon Peres, Bill Klinton, Marqaret Tetçer, Nikola Sarkozi, Madlen Olbrayt və digər tanınmış dövlət xadimləri var.
Bundan başqa, fotosərgidə MQİMO-nun hazırda mühüm dövlət vəzifələri tutan məzunlarının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin fotosu da nümayiş olunur.(APA)
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Moskvadan müharibənin gedişatını dəyişəcək qərar
- Moskvada atışma olub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb
- Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
- Moskvada azərbaycanlı avtoritetə qarşı ittiham irəli sürülüb
- Moskvada yeni temperatur rekordu
- Moskvada oteldə yanğın olub, 3 nəfər ölüb
- Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib
- Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətənə qayıtdı - VİDEO
- Moskvada azərbaycanlının ölümündə təqsirləndirilən şəxslər bəraət aldı
- Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu