Tovuzda 2 yaşlı uşaq yanıq xəsarətləri alıb


16:55     16 Oktyabr 2019 qaynar%20su.jpg

Tovuzda azyaşlı yanıq xəsarətləri alıb.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 2017-ci il təvəllüdlü Bədəlov Abduləli Həsən oğlu yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirilib ki, azyaşlının üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb. Nəticədə uşağın kürək nahiyəsi yanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 373