Şəkidə yük avtomibili piyadanı vurub - FOTO


17:58     16 Oktyabr 2019 2019/10/0855dd7c-391e-4879-97a7-1e32b92c8223_1571231292.jpg

Şəkidə rayonunda yük avtomibili piyadanı vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Səki-Qax avtomobil yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, İntizar Şəmiyev idarə etdiyi 24-BF-176 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili hərəkətdə olarkən, yolu keçmək istəyən Qoxmuq kənd sakinini vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.





Açar sözlər:

Oxunub: 397