SOCAR qazma işlərinin həcmini azaldıb


19:11     16 Oktyabr 2019 2019/10/295da7172a47a5e-(1)_1571232187.jpg

Bu ilin yanvar-sentyabr aylarında SOCAR 119 min metrdən artıq qazma işi həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% azdır.

SOCAR-dan Femida.az-a verilən məlumata görə, ötən dövr 53 quyu qazılaraq mədənçilərə təhvil verilib.

Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr aylarında SOCAR 122 min metr həcmində qazma işləri həyata keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 505