Səfər Mehdiyev səfirlə görüşdü


19:23     16 Oktyabr 2019 2019/10/gorus_1571232427.jpg

Oktyabrın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre ilə görüşüb.

Femida.az-a daxil olan məlumata görə, sədr Səfər Mehdiyev Azərbaycanla İsveçrə arasında qarşılıqı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik və modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1436