Bu il 6350 əlilə reabilitasiya xidmətləri göstərilib


20:52     16 Oktyabr 2019 araba%20elil8.jpg

2019-cu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 6350 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, onlardan 4749-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər.

Bu kateqoriyadan olan şəxslərin sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.

Cari ilin yanvar-sentyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 6336 əlilliyi olan şəxsə 20 minədək reabilitasiya vasitəsi, o cümlədən 809 əlil arabası verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 367