Səbaildə dənizə düşən şəxsin meyiti çıxarıldı


21:38     16 Oktyabr 2019 19_10_16_1571246336.jpg


Bakıda bir nəfər dənizə düşərək boğulub.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbail rayonu ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Su Nəqliyyatında polis idarəsinin əməkdaşları tərəfindən suya düşən şəxsin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Ölmüş adamın şəxsiyyəti dəqiqləşdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 186