27 yaşlı gənci it dişlədi


09:10     17 Oktyabr 2019 it_dislemesi_455.jpg

Axşam saatlarında Qax rayonunun Turaclı kənd sakini, 1992-ci il təvəllüdlü Yadigar Sərdar oğlu Həsənov it dişləməsi xəsarəti ilə rayon mərkəzi xəstəxansına daxil olub.

Femida.az-ın məlumatına görə, Y. Həsənova yaşadığı kəndin ərazisində sahibsiz it hucum edərək onun sol əlindən və sol sol ayağın baldır nahiyəsindən dişləyərək xəsarət yetirib.

Y.Həsənova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb

Femida.az

Açar sözlər:

Oxunub: 416