Bakıda qardaş qanı töküldü - Bıçaqlanma


09:14     17 Oktyabr 2019

Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib.
Nəticədə o, 3 bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanada cərrahi əməliyyat edilib. Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 316