Arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Bakıda dəhşət
09:18 17 Oktyabr 2019
Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.
Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.
Hər iki şəxs hadisə yerində ölüb.
Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.
Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.
Oxunub: 1013
Oxşar xəbərlər
- Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədibmiş - TƏFƏRRÜAT
- Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
- Arvadını amansızlıqla öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
- Arvadını öldürən kişinin işi məhkəməyə göndərilib
- Arvadını çəkiclə öldürmək istədi
- Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
- Arvadını öldürən hakim 10 il azadlıqdan məhrum edilib
- Arvadını öldürmək istəyən kişi həbs edilib - RƏSMİ
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır