Balakəndə 1 ton xurma yanıb


09:36     17 Oktyabr 2019 19_10_17_1571289050.jpg

Balakən rayonunun Qazma kəndində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 60 m² sahədə, içərisində 1 ton qarğıdalı və taxta yeşiklərə yığılan 1 ton xurma yanıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunun Çayarxı kəndində isə "Cat" markalı ekskavatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 435