Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
09:25 17 Oktyabr 2019
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.
Femida.az Trend-ə istinadən bildirir ki, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatılaşdırılmış şəkərli südün, brınza və tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, kartofun, şəkərin, qəhvənin, kakao tozunun, dondurmanın, kola içkisinin, limonadın, pivənin qiymətlərində bahalaşma, suda bişmiş kolbasanın, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, narın, üzümün, kivinin, kələmin, balqabağın, çuğundurun, soğanın, quru noxudun, mərcinin, şəkər tozunun, arağın və energetik içkilərin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin sentyabr ayında avqust ayına nisbətən qeyri-ərzaq mallarından mebel və ev əşyalarının, velosipedlərin, televizorların, kondisionerlərin, boyaların, kərpicin, parketin, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, divar kağızlarının, sementin, soyuducuların, toz şəklində sintetik yuyuсu vasitələrin, mobil telefonların, planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib