Bu gecə iki maşın toqquşub


10:20     17 Oktyabr 2019 2019/10/qeza-axsam-tecili_1571292820.jpg

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az-ın məlumatına görə, hadisə iki prospektin kəsişməsində qeydə alınıb. Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 90-CZ-686 dövlət nömrəli "Mercedes" markalı avtomobil gözlə nişanına diqqət etməməsi səbəbindən Azadlıq prospekti ilə hərəkət edən 90-PT-753 nömrəli "AzSamand"la toqquşub.

Hadisə nəticəsində Ziya Bünyadov prospektindən üzü şəhər istiqamətində qısamüddətli tıxac yaranıb. Qəza yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 330