Dövlət maşınları ucuz qiymətə satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN


11:45     17 Oktyabr 2019 2019/10/1571296667_au732_1571298476.jpg


Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.


Femida.az-ın məlumatına görə, oktyabrın 29-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb.

1-3-cü sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsinin 04 iyun 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün təkrar hərraca çıxarılır.

5-6-cı sətirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

7-ci sətirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

29 oktyabr 2019-cu il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı: (10 faiz beh qoyulmalıdır)

1. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 (il) - 6000 (manat)
2. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2007 - 6000
3. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima (qəzalı) 2007 - 4000
4. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 - 3500
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Chevrolet Niva 2006 - 4500
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Chevrolet Niva 2005 - 6000
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Mərkəzi Neftçilər Xəstəxanası
Nissan Maxima 2002 - 6000
8. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı Tofaş Doğan 2004 - 1800
9. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı VAZ-2107 2004 - 1800
10. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ZİL-431412 ş-də KC-2571 xüsusi 1989 - 10000

Əlaqə telefonu: 012 - 566 - 07 - 44

Femida.az

Açar sözlər: #avtomobil   #dövlət  

Oxunub: 1290