İki kişi üç uşaq anası üstündə bıçaq davasına çıxdı - Ağır yaralanan var


12:05     17 Oktyabr 2019 2019/10/715cfc0e2e81a8e_1571299565.jpg


Masallıda bıçaqlanma baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə, avtovağzal ərazisində baş verib. Belə ki, Füzuli rayon sakini, hazırda Bakıda yaşayan Zaur Davud oğlu Qurbanovla Masallı rayonunun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişov arasında münaqişə yaranıb və R.İbişov Z.Qurbanovu sinə nahiyəsindən bıçaqlayıb. Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Münaqişənin bir müddət Z.Qurbanovla nikahsız yaşamış və aralarındakı narazılıqlara görə ayrılmış üç uşaq anası Nuranə Əhmədovanın Masallıda R.İbişovla qeyri-rəsmi ailə qurması olub.

Qeyd edək ki, N.Əhmədova rəsmi nikahından üç övladı olduğu halda həyat yoldaşından boşanıb, bir müddət Z.Qurbanovla yaşayıb. Daha bir övladı olandan sonra onu da tərk edərək Masallıya qayıdıb. Bundan sonra R.İbişovla tanış olub.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #bıçaq  

Oxunub: 771