Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edildi


12:20     17 Oktyabr 2019 2019/10/63368804-3d68-49a5-bd73-604eceadd407_1571300111.jpg


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.


Femida.az xəbər verir ki, bunlar Biləsuvar rayonundakı "Azad Kapital" və Bərdə rayonundakı "Sarı Bulaq" kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 47-dən 45-ə düşüb, 2019-cu ildə lisenziyası ləğv edilmiş kredit ittifaqlarının sayı isə 14-dən 16-ya çatıb. 2018-ci ildə isə Palata 15 kredit ittifaqını maliyyə bazarından kənarlaşdırmışdı.

Femida.az

Açar sözlər: #kredit  

Oxunub: 331