Azərbaycan iqtisadiyyatına 10 milyard manat investisiya qoyulub - Son 9 ayda


12:29     17 Oktyabr 2019 2019/10/1db94e90-ad6d-4968-8f74-c58dbf1ebfb4_1571300443.jpg


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10146,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ümumi sərmayənin 65,4%-i məhsul istehsalı sahələrinə, 25,0%-i xidmət sahələrinə, 9,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,5%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,5%, büdcə vəsaitləri 26,9%, bank kreditləri 7,3%, əhalinin şəxsi vəsaitləri 6,6%, büdcədənkənar fondların vəsaitləri 1,5%, sair vəsaitlər isə 0,2% təşkil edib.

2019-cu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 960 yerlik ümümtəhsil məktəb binası, 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan MR-da 1 530 şagird yerlik 3 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 50 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 624 yerlik, İsmayıllı rayonunda 400 yerlik, Lerik, Cəlilabad və Quba rayonlarının hər birində 180 yerlik olmaqla 3 ümümtəhsil məktəb binası, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 107