Bu il 62 minə yaxın şəxs işlə təmin edilib


12:42     17 Oktyabr 2019 19_10_17_1571300650.jpg

Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, onlardan 21 978-i qadınlardır.

Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub.

Femida.az

Açar sözlər: #ƏƏSMN   #iş  

Oxunub: 1785