Məktəblərə nəqliyyat vasitələri veriləcək? - Nazirin CAVABI


12:50     17 Oktyabr 2019 19_10_17_1571301307.jpg


Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil.


Femida.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir:

"Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş gəlişi ilə bağlı problemlərə əsasən kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur".

Femida.az

Açar sözlər: #məktəb  

Oxunub: 402