Azərbaycanda maaşı 1000 manatdan yuxarı olan 5 min müəllim var


12:58     17 Oktyabr 2019 2018/04/ceyhun-bayramov_1524644015.jpg


“Dörd min şagirdin sinifdə qalması bizi narahat edən haldır”.


Femida.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-ın mənzil qərargahında keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda milyon yarım şagird dərs alır: “Şagirdin il ərzində 4 və daha çox fəndən müvəffəqiyyətsizliyi varsa, sinifdə saxlanıla bilir”.

Nazir müəllimlərin orta əməkhaqqı məsələsinə də toxunub: “Aparılmış islahatlar nəticəsində müəllimlər arasında orta əməkhaqqı 600 manat olub. Dərs yükündən və digər səbəblərdən asılı olaraq 1000 manatdan yüksək əməkhaqqı alanların sayı artıq 5 min nəfəri keçib”.

Femida.az

Açar sözlər: #müəllim   #maaş  

Oxunub: 376