Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı - Qaçanda avtobusun altında qaldı (YENİLƏNİB)


13:01     17 Oktyabr 2019 2019/10/download-(16)_1571302556.jpg

Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçmiş arvadını və qayınanasını öldürərək yandıran şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gələn keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.

V.Hüseynov sonra "Azadlıq" prospektində özünü avtobusun altına atıb. Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.



***

Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Femida.az Trend-ə istinadən bildirir ki, faktla bağlı Bakı şəhəri Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə) maddə ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumata görə, hadisəni törədib qaçarkən yol qəzasına düşmüş Vaqif Hüseynov xəstəxanada polis nəzarətinə götürülüb.

Xatırladaq ki, hadisə Bakının Binəqədi rayonu, Aşurbəyov küçəsi 22 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova və qayınanası, 85 yaşlı Luiza İsmayılovanı qətlə yetirib. V.Hüseynov daha sonra hər iki meyitin üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Hadisəni törədən V.Hüseynov ərazidən yayınarkən, "Azadlıq" prospektində onu sərnişin avtobusu vurub.

V.Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2005