Azərbaycanda qeydiyyatdan keçən xarici startapların sayı açıqlanıb
13:13 17 Oktyabr 2019
Azərbaycanda qeydiyyatdan keçən xarici startapların sayı açıqlanıb.
Femida.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Onun sözlərinə görə, bu ay 3 İsrail, 3 Ukrayna və 3 Rusiya startapı Azərbaycanda qeydiyyatdan keçib.
Agentlik rəhbəri Ukrayna startapının Azərbaycandan 2 milyon dollar investisiya istədiyini də açıqlayıb:
"Biz çox qısa müddətdə, təxminən 2 gün müddətində onları yoxladıq. Artıq onlar 17 milyon dollar investisiya cəlb ediblər, bizdən də 2 milyon dollar istəyirlər. Bu səbəbdən də biz əməkdaşlarımızı Kiyevə yola salmağa hazırlaşırıq".
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib