Məşğulluq Xidməti 61791 nəfəri işlə təmin edib


13:26     17 Oktyabr 2019 2019/10/bu2-0-1571301217_1571302850.jpg

Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az -a verilən məlumata görə, onlardan 21 978-i qadınlardır.

Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub.

Femida.az

Açar sözlər:

Oxunub: 148