Hulusi Akar: “Türkiyə ordusunun inventarında kimyəvi silah yoxdur”


14:24     17 Oktyabr 2019 hulusi-akar-671.jpg

“Barış bulağı” hərəkatı milli, mənəvi və peşə dəyərlərimizə uyğun olaraq davam etməkdədir”.

Femida.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hərbi əməliyyatların aparıldığı bölgədə yaşayan mülki insanların, habelə tarixi, mədəni və dini abidələrin zərər görməməsinə diqqət göstərilir.

Nazir Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silahın olmadığını da bəyan edib.

“Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silahın olmadığı hamı tərəfindən bilinən bir həqiqətdir”, - deyə o vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 171