Şagirdlər üçün yeni ehtiyat dərsliklər hazırlanıb


14:50     17 Oktyabr 2019 dersliklerimg14935598.JPG

“İbtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb”.


Femida.az xəbər verir ki, bu barədə məlumatı Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir: “Onlar özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək. Onu da deyə bilərəm ki, təhsildə dərslik məsələsi ilə bağlı da ciddi işlər görülüb. Artıq bir sıra dərsliklər hazırlanıb. Yeni dərsliklərin ilkin olaraq ibtidai siniflərə verilməsi nəzərdə tutulur. Tutumu daha böyük olan ana dili və riyaziyyat dərslikləri 2 hissədən ibarətdir. Dərsliklərin istifadə reqlamenti ümumi olaraq 4 ildir və hazırda bununla bağlı iş gedir. Düşünürük ki, dərsliklərin sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla daha qısa istifadə olunması ilə bağlı qərar qəbul oluna bilər”

Femida.az

Açar sözlər:

Oxunub: 383