Mariya Zaxarova Azərbaycanın Rusiyaya nota verməsinə münasibət bildirib


15:42     17 Oktyabr 2019 zaxarova.jpg

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Dövlət Dumasının deputatı Konstantin Zatulinin işğal altındakı Dağlıq Qarabağa səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Rusiyaya verdiyi notaya münasibət bildirib.


Femida.az -ın xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfindən diplomatik kanallarla notanın daxil olduğunu təsdiqləyib.

“Deyə bilərəm ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında çoxdandır ki, Azərbaycan hökumətinin xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik yeddi rayona səyahət edən vətəndaşların Azərbaycan tərəfi ölkəyə girişinə qadağa qoyur. Bu xəbərdarlıq saytda yerləşdirilib. Bu, aktual xəbərdarlıqdır və hamıya aiddir”, - deyə M. Zaxarova qeyd edib.

Açar sözlər:

Oxunub: 507