Mikroavtobus minik avtomobili ilə toqquşub, ölən var - FOTO


15:44     17 Oktyabr 2019 19_10_17_1571312707.jpg

Şirvanda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus “VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 183