Gəncədə doğuş zamanı körpə ölüb
16:25 17 Oktyabr 2019
Gəncədə uşaq ölümü qeydə alınıb.
Femida.az-ın məlumatına görə, hadisə Gəncə Şəhər Səhiyyə İdarəsinin Regional Perinatal Mərkəzində baş verib.
Belə ki, Göygöl rayonun Quşqara kənd sakini doğuş üçün xəstəxanaya gətirilib. Xəstəxanaya yerləşdirilən qadını dərhal müayinə ediblər. Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə normaldır.
Xəstənin yaxınlarının sözlərinə görə, körpənin ölümünə həkim məsuliyyətsizliyi səbəb olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Femida.az
Oxunub: 537
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb