Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu artıb


16:28     17 Oktyabr 2019 turkiye%20azerbaycan.jpg

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 354 625,46 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 974 337,85 min dollar və ya 41% çoxdur.


Femida.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin doqquz ayında Azərbaycandan Türkiyəyə ixracın dəyəri 2 204 517,36 min dollar, idxalın dəyəri isə 1 150 108,10 min dollar təşkil edib. Nəticədə 1 054 409,26 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 7,9 dəfə çoxdur.

Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 947 521,56 min dollar və ya 74,8%, idxal isə 26 816,29 min dollar və ya 2,4% artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 301