TAP kəmərinin tikintisi yekunlaşıb


18:10     17 Oktyabr 2019 2019/10/485da859575d982_1571316845.jpg

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 89,9%-i yekunlaşıb.


TAP konsorsiumundan Femida.az-a verilən məlumata əsasən, bu, sentyabrın sonunda qeydə alınan göstəricidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 439