Masallıda it dişləməsindən ölən 4 yaşlı uşaqla bağlı TƏFƏRRÜAT


18:30     17 Oktyabr 2019 it_dislemesi_455.jpg

Sentyabrın 15-də Masallıda it dişləməsindən ölən azyaşlı ilə bağlı bəzi təfərrüatlar məlum olub.


Femida.az-ın məlumatına görə, araşdımalar zamanı müəyyən edilib ki, azyaşlı Masallı rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona 4 dəfə peyvənd vurulub.

Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da vəfat edib. Faktla bağlı araşdırmalar aparılır. Valideynlərinin hər hansı şikayəti olmayıb.

Xatırladaq ki, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 521