Ərdoğanın səfəri təxirə salındı


17:39     17 Oktyabr 2019 2018/07/erdogan-sefer_1531120566.jpg

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın oktyabrın 23-24-də Pakistana edəcəyi rəsmi səfəri təxirə salınıb.


Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözcüsü Muhammed Faysal bildirib.

“Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələrdən biri olduğuna görə, biz onların regional təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşməliyik. Pakistanın Baş Naziri İmran Xan da Türkiyə Prezidenti Ərdoğana zəng edərək ölkəmizin dəstəyini diqqətə çatdırdı. Pakistan Suriyanın ərazi bütövlüyü və məsələnin ən qısa zamanda siyasi yolla həll olunmasına dəstəyini davam etdirəcək. Prezident Ərdoğanın həyata keçirəcəyi səfər təxirə salınıb. Təxirə salınmış ziyarətin növbəti tarixi yenidən planlaşdırılacaq”, - deyə Pakistan XİN sözcüsü bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 586