“Tramp 5 dəqiqədən bir fərqli “tvit” atır, onun hansına inanaq?” - Çavuşoğlu


17:32     17 Oktyabr 2019 2019/10/son-dakika-hukumetten-trump-in-rahip-brunson-11088607-9834-amp_1571319318.jpg

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Barış bulağı" hərəkatı ilə bağlı yolladığı məktuba münasibət bildirib.


BBC-yə müsahibə verən nazir bildirib ki, ABŞ-ın məktubuna müvafiq cavab verilib.

Onun sözlərinə görə, Prezident Ərdoğan terrorçularla müzakirə aparılmayacağını bəyan edib: “Dünən Tramp PKK-nın İŞİD-dən betər olduğunu deyib. Bizim üçün onların ikisi arasında hər hansı fərq yoxdur”.

ABŞ-la birlikdə təhlükəsiz bölgə yaratmaq istədiklərini xatırladan M. Çavuşoğlu vurğulayıb ki, bu istəklərinə nail ola bilməyiblər.

“Trampın hansı “tvit”inə inanaq? Onun hansı “tvit”ini izləməliyəm? 5 dəqiqədən bir fərqli “tvit” atır. Biz heç kimdən yaşıl işıq yandırmalarını istəmədik. Onlarla birlikdə əməkdaşlıq etmək istədik, ancaq təəssüf ki, vəzifələrini yerinə yetirmədilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 743