Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək


19:22     17 Oktyabr 2019 teleqraf.com1436187071trend_osce_flags_240511.jpg

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər.

Femida.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin nəticələrinə əsasən yaydığı bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, vasitəçilər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Daimi Şurasına və Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumat verəcək.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün dekabr ayında Bratislavada keçirilə biləcəyini açıqlamışdı.

Femida.az

Açar sözlər: #Xin   #Ermənistan  

Oxunub: 333