Bakıda ər öz arvadını fotoları ilə şantaj edib


19:39     17 Oktyabr 2019 qadin_isgence_314.jpg

Bakıda ər arvadını şantaj edib.


Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü, Rusiya vətəndaşı C.N. Xətai Rayon Polis İdarəsinə müraciət edib.

O bildirib ki, əri, Bakı şəhər sakini, 42 yaşlı T.Museyibov onu sosial şəbəkələrdə təhqir edib, rüsvayedici şəkillərlə məlumatlar yayacağı ilə hədələyb.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər: #şantaj  

Oxunub: 244